​Yanğınla əlaqədar nəqliyyatın hərəkətində son vəziyyət - BNA

Baxış sayı:
5311

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğınla əlaqədar sözügedən istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, hazırda Dakar dairəsində hərəkət normaldı. Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqa dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Q.Qarayev prospekti B.Nuriyev küçəsi kəsişməsinədək yolda da hərəkət normaldır.
Qeyd edək ki, Dakar dairəsindən metronun Q.Qarayev istiqamətində avtobuslar marş xətti üzrə fəaliyyət göstərirlər.