​Yanğını söndürməyə gedən helikopter qəzaya uğradı

Baxış sayı:
3241

Avstraliyanın Yeni Cənubi Uels ştatında baş verən meşə yanğınlarının söndürülməsi zamanı yanğınsöndürmə helikopteri qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Sidney Morninq Herald” informasiya yayıb.
Hadisə nəticəsində helikopterin pilotu həlak olub.
Qeyd edək ki, Avstraliyanı cənginə alan meşə yanğınlarının söndürülməsinə 650-dən çox yanğınsöndürən və 40 aviasiya texnikası cəlb olunub.