Yanğında ölənlərin sayı 38 nəfərə çatdı

Portuqaliyanın mərkəzi və şimal rayonlarında baş verən güclü yanğın zamanı ölənlərin sayı 38 nəfərə çatıb. 
55 nəfər yanıq və digər xəsarətlər alıb. 15 yaralının vəziyyəti isə ağır olaraq qiymətləndirilir. 
Bundan əlavə, yeddi nəfər itkin düşüb. Ümumilikdə, bazar günündən etibarən ölkədə 500 yanğın ocağı qeydə alınıb. Yüzlərlə ev külə dönüb. Yollarının təhlükəsizliyi üçün 12 avtomobil yolu bağlanıb.