​Yanaraq kül olan xəstələr çarpayıyamı bağlı olub? – Abid Şərifov AÇIQLAMA

Baxış sayı:
2956

Təbii ki, hamımız narkoloji xəstələrin vəziyyətini yaxşı bilirik və fikrimcə, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur.
Muxalifet.az  xəbər verir ki, bu sözləri Baş nazirin müavini Abid Şərifov azərtac -a geniş müsahibəsində deyib. O bildirib ki, belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur:
“Ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. Təəssüf ki, bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar. Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz”.