​Yanan binaya görə təqsirləndirilən sabiq məmur komaya düşüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilənlərdən biri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov səhhətində yaranmış problemə görə, məhkəməyə gələ bilməyib və verilən məlumata görə, o, komaya düşüb.
Buna görə məhkəmə prosesi avqustun 16-da davam etdiriləcək.