Yanacağın bahalaşmasından zərər çəkənlərə maddi yardım ödəniləcək - İRAN PREZİDENTİ

Baxış sayı:
766

İran prezidenti Həsən Ruhani bazar günü yanacağın qiymətindəki son artım nəticəsində zərər çəkmiş vətəndaşlara maddi təzminat ödəmək barədə fərman imzalayıb.
Bu barədə İran Prezidenti açıqlamasında deyib.
O bildirib ki, yanacağın qiymətinin artması ilə maddi cəhətdən zərər çəkmiş şəxslərə maddi yardımın ödənilməsi barədə fərman imzalayıb.
Həsən Ruhaninin sözlərinə görə, sözügedən məsələ ilə bağlı dövlət tərəfindən maliyyə dəstəyi sabahdan etibarən ödəniləcək./APA