Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb - Vəziyyəti normaldır

Baxış sayı:
11133

Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.

"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", - Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.