Yağış Badamdardakı sürüşməni aktivləşdirdi - UÇQUN OLUB

Baxış sayı:
11662

Bakının Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə ərazisində aktivlik yenidən artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan bildiriblər ki, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən gecədən yağan yağış ərazidə aktivlik dinamikasını artırıb. Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.