​Xəzəryanı dövlətlər Tehrana toplaşır - Mühüm müzakirə

Baxış sayı:
349

Sabah Tehranda Xəzəryanı dövlətlərin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi sahəsində əməkdaşlıqla bağlı sammiti keçiriləcək.
Muxalifet.az-ın verdiyi məlumata görə, sammit iki gün davam edəcək.
İranın Liman və Yükdaşıma Təşkilatının rəhbəri Əli Əkbər Marzban bildirib ki, təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün dənizdə axtarış və xilasetmə mexanizminin effektivliyinin artırılması, gəmilərə nəzarət üçün hüquqi imkanlardan istifadə edilməsi sammitin gündəliyinə daxil ediləcək: "Dənizdə qəzalar və regional əməkdaşlığın həyata keçirilməsi məsələlərinə son iki ildə çoxtərəfli razılaşma formatında baxılıb. Tehranda növbəti görüşün keçirilməsi və Xəzəryanı dövlətlərin qarşılıqlı anlaşma ilə bağlı Memorandumunun imzalanması planlaşdırılır".
Qeyd edək ki, Xəzərdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi ilə bağlı bundan öncəki sammit Aşqabadda keçirilib.