Xəzərin sahilini zəbt edənlərə - 40 min cərimə, 10 il həbs

Torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik sərtləşdirilib.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, torpaqların düzgün istifadə edilməməsi zamanı cərimə və sanksiyalardan başqa, bəzi hallarda cinayət məsuliyyəti də müəyyən edilir. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu, Xəzər dənizinin sahilboyu zolağına da aiddir. Dənizin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min, 8 min və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub./axar.az