Xəzərin sahilində meyit tapılıb

Bakıda dəniz sahilində meyit tapılıb.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü Məmmədov Azadın cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər./apa