Xəzərdəki qəzada ölən neftçilərdən daha birinin meyiti tapıldı

Qərardahdan verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10 -da Daş Zirə (köhnə Vulf adası) adasında meyiti aşkar edilən şəxsin «Azneft» İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.