Xəzərdə səhər saatlarında ikinci zəlzələ

Baxış sayı:
11845

Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, 09:33-də Xəzər dənizində qeydə alınıb. 3.5 ballıq yeraltı təkanların dərinliyi 8 km olub. *** 09:14 Xəzər dənizində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yeraltı təkanlar saat 07:06-da baş verib. 4.4 bal gücündə olan zəlzələnin dərinliyi 20 km olub.