Xəzərdə nəhəng layihə: Yaxın müddətdə...

Baxış sayı:
289

Ölkəmizdə alternativ enerji mənbələrindən istifadə daha da genişləndiriləcək. Xəzər dənizində külək elektrik stansiyası layihəsinin maliyyələşdirilməsi ilə bağlı bir sira xarici investorlarla danışıqlar aparılır.
Alternativ və Bərpa Olunan Enerji Mənəbləri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC-dən trend -ə bildirilib ki, bu stansiya Pirallahi qəsəbəsindən Çilov adasınadək uzanacaq. Layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləsdirmə aparılıb. Stansiyanin gücünün 200 meqavatt təşkil etməsi planlaşdırılır. Potensial investorlar ərəb ölkələri, Çin və Kanadanı təmsil edir".
Məsələni şərh edən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, ölkəmizdə alternativ enerji mənbələrindən istifadə imkanları genişdir. Sözügedən stansiyanın işə düşməsi əhəmiyyətlidir
Vüqar Bayramovun sözlərinə görə yeni enerji mənbələrinin istifadəyə verilməsinin üstünlükləri bununla yekunlaşmır
İqtisadçı ekspert bildirib ki, alternativ enerjinin istehsal maya dəyəri yüksəkdir. Ona görə də istər yerli, istərsə də əcnəbi investorlar bu sahəyə kapital yatırmaqda maraqlı deyillər. Ona görə stimullaşdırıcı yaşıl tarif sisteminin tətbiq edilməsi gözlənilir.
Sözügedən layihə ilə bağlı hansı investorların cəlb edildiyi yaxın müddətdə məlum olacaq.