Xəzərdə HƏYƏCAN - SOCAR 700-ə yaxın işçini təxliyə etdi

Baxış sayı:
4009

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı və Abşeron yarımadasındakı güclü küləklə əlaqədar Xəzər dənizindəki obyektlərdən 700-ə yaxın işçini təxliyə edib.
ARDNŞ-dən Muxalifet.az-a verilən məlumata görə, dənizdə təhlükəsizlik məqsədləri ilə əlaqədar açıq havada işlər dayandırılıb.
Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.