​Xəzərdə boğulan şəxs xilas edildi

Gündüz saatlarında Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
 
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Əməliyyat saat 14:35-də başa çatıb.