Xəzərdə batan gənclərin axtarışına helikopter CƏLB OLUNDU

Baxış sayı:
2323

Aprelin 18-də Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.