Xəzərdə 4 nəfər itkin düşüb - Axtarışlara helikopter cəlb edildi

Baxış sayı:
7519

Xəzərin Azərbaycan sektorunda 4 balıqçı itkin düşüb.
Muxalifet.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.