​Xəzərdə 1 NƏFƏR BATDI

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə batdığı ehtimal olunur.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlar aparıblar. Axtarışlar nəticə verməyib.
Nazirlik qeyd edir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.