Xəzər dənizində ölümlə üz-üzə qalan şəxslər xilas edildi

Baxış sayı:
12558

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Muxalifet.az Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, DSX-nin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş verən koordinatlara istiqamət götürb, qayıq Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə aşkar olunub və heyət üzvləri xilas olunaraq sahilə çıxarılıblar.