​Xəyanətdə günahlandırdığı sevgilisinin alnına möhür vurdu - FOTO

Baxış sayı:
6910

Keçmiş sevgilisini huşsuz vəziyyətə salana qədər döyən 29 yaşlı oğlan saxlanılıb. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə keçmiş sevgilisini ölümcül vəziyyətə salan, alnına möhür vuran 29 yaşlı Bobi Stüart (Bobby Stewart) 2 il müddətinə azadlıqdan məhrum edilib. O, sevgilisini o qədər döyüb ki, qadın adyala bürünərək evdən qaçıb. Onun cəmi iki il həbs cəzası alması ölkədə qalmaqal yaradıb. Qadınlar Bobinin daha artıq müddətə həbs olunmasını tələb ediblər. Qeyd edək ki, Bobi 38 yaşlı Kristi Skofildi (Kirsty Schofield) ona xəyanət etməkdə günahlandırıb.