XƏYANƏTƏ AYDA 1 MİLYON DOLLAR - Amerikalı vəkil Fətullah Güləni ifşa etdi

Baxış sayı:
4134

Muxalifət.az xəbər verir ki, FƏTÖ-nün dünyadakı hüquqa zidd fəaliyyətlərini və maliyyə axınlarını ifşa edən amerikalı vəkil Robert Amsterdam deyib: “Fətullah Gülənin Vaşinqtonda lobbi fəaliyyətlərinə ayda hardasa 1 milyon dollar xərclədiyini deyə bilərik”. "Amsterdam@ Partners" firması ilə Türkiyənin Amerikadakı vəkili olaraq əməkdaşlıq edən Robert Amsterdam bu barədə açıqlamalar verib.
 
Amerikalılar şok olurlar
"Gülən təşkilatının Amerikadakı vergi ödəyicilərinin milyonlarla dollarlıq pulunu aldıqlarını gördükdə şok olurlar. Bir çox valideyn və müəllim məktəblərlə bağlı bizə müraciət edir.
 
Ayda 1 milyon dollar xərcləyir
Gülən Türkiyədə qarşı bəzi təşkilatlara, bəzi quruluşlara pullar xərcləyir. Məsələn, Gülən Vaşinqtonda ictimaiyyətlə əlaqələr, lobbi fəaliyyətlərinə ayda 1 milyon dollara yaxın pul xərcləyir.
 
ABŞ-da başa düşməyə başladılar
FƏTÖ ilə mübarizədə artıq yaxşı mövqe əldə etmişik. Bu, yaxşı xəbərdir. Mən Fətullah Gülən barəsində ilk dəfə danışmağa başladığımız zaman insanlar buna inanmırdılar. Lakin çevriliş cəhdi və bizim ardıcıl fəaliyyətimiz sayəsində Gülənin Türkiyəyə hücum etmək üçün böyük məbləğlər xərcləməsinin aşkar olmasından sonra, insanlar onun kim olduğunu və etməyə çalışdığını başa düşməyə başlayıblar".
 
İkinci kitab gəlir
FƏTÖ ilə mübarizəsini “Yalan imperatorluğu: Gülənin özəl məktəb şəbəkəsi ilə bağlı araşdırma” kitabında izah edən Amsterdam bu əsərin yaxın vaxtlarda türk dilində də nəşr ediləcəyini söyləyib. Amsterdam, ikinci bir kitabı da çapa hazırladıqlarını bildirib.