XXI əsrin super silahının adı açıqlandı

Baxış sayı: 144

XXI əsrin yeni super silahı atom və ya termanüvə bombaları yox, məhz süni intellekt olacaq.
 
Bunu jurnalistlərə açıqlamasında fransalı futuroloq Jan Kristof Boni söyləyib.
“Nelson Mandella 1995-ci ildə yazmışdı ki, XXI əsrin əsas silahı təhsil olacaq və o, nüvə silahını əvəz edəcək. Məncə, əsas silah süni intellekt sistemləri olacaq. Atom bombalarından fərqli olaraq, onlar üçün uran, zavod və digər şeylər gərək deyil. Bunun üçün yalnız silikon və elektrik kifayət edir. Fransa, İsrail və digər ölkələrin nümayəndələri kibersavaş üçün bu cür sistemləri hazırladıqlarını inkar edirlər. Biz bunların həqiqət olub-olmadığını yoxlaya bilmərik. Süni intellekt üzərində araşdırmalar aparılır və artıq dünya liderlərinin əsas strategiyasıdır”, – deyə o bildirib.