Xüsusi təyinatlı “Kabus Qrupu” AFRİNƏ GİRDİ

Baxış sayı:
6028

Mülki əhalinin Afrini tərk etməsi üçün verilən 72 saatlıq müddətin bitməsindən sonra Xüsusi Təyinatlı Qüvvələrə bağlı “Kabus Qrupu” şəhər mərkəzinə girib.
 
Xüsusi təlimli "Kabus Qrupu", terror təşkilatı üzvləri əhalinin arasına girmədən çox sayda PKK və YPG terrorçularını təsirsiz hala gətirib. Xüsusi Təyinatlı Qüvvələrin bölgədə tətbiq etdiyi taktika, terrorçuların kabusuna çevrilib. Təhlükəsizlik qaynaqları daha əvvəl də riskli bölgəyə girib, çıxan Xüsusi Təyinatlı Qüvvələrin artıq nöqtə əməliyyatlar üçün davamlı ərazidə yerləşdiyini bildirib.
 
TERRORÇULAR TƏLAŞDA
 
Yeni strategiyaya görə, “kabus qrupu” adlanan xüsusi birliklər, özlərini hiss etdirmədən terror təşkilatının üzvlərini bir-bir müəyyən edib, öldürür. 56-cı günü arxada qalan “Zeytun Budağı” Hərəkatında bu ana qədər 3567 terrorçunu zərərsizləşdirən TSQ,  “Kabus Qrupu” olaraq yeni bir strategiya müəyyənləşdirib. “Kabus Qrupu”nun uğuru YPG və PKK-lı terrorçuların simsiz rabitə vasitələri ilə danışıqlarında əks olunub. Təşkilat üzvləri danışıqlarda “kabus qrupu”nun maneəsini aşa bilmədiklərini bildirirlər. Danışıqlarda terrorçuların etirafları qeyd olunub: "Nə olduğunu anlamadıq, burnumuzu çıxaran kimi başımızın üstünü alırlar".
Müxalifət.az