Xüsusi səfir Elan Karra açıq məktub: "Erməni antisemitizmi ilə hesablaşma vaxtıdır"

Baxış sayı:
14569

ABŞ-ın milli təhlükəsizlik, din azadlığı və insan hüquqları sahəsindəki çalışmaları ilə tanınmış jurnlaist və rejissor Adel Nazarian Antisemitizmə nəzarət və mübarizə üzrə missiya (Dövlət Deprtamenti tərkibində idarədir) rəhbəri Elan Karra məktub yazıb.

Musavat.com “algemeiner.com” saytına istinadən həmin məktubun tərcümə olunmuş veriyasını təqdim edir:

"Hörmətli xüsusi səfir Karr,

Antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndə olaraq sizin tutduğunuz vəzifə ilə bağlı təlimatlarda ABŞ-ın bütün dünyada antisemitizmlə mübarizəyə yönəlik siyasəti və layihələrinə rəhbərliklə bağlı məsuliyyət daşıdığınız göstərilib.

Doğrudur, bu, elə də asan bir vəzifə deyil. Lakin mən sizin fəaliyyətinizi incələdikdən və sizinlə söhbət etdikdən sonra bu məsələdə necə inadkar olduğunuzun və vəzifənizin öhdəsindən layiqincə gəlmək əzmkarlığı daşıdınızı gördüm.

Bildiyiniz kimi, dünyada antisemitlərin iştirakı ilə zorakılıq halları 13% artıb. Müasir Avropa yəhudiliyinin araşdırlması üzrə Kantor mərkəzinin keçirdiyi sorğuya görə, bu göstərici təkcə Fransada 74% civarındadır.

Yəhudilər üçün belə bir çətin zamanda aydın məsələdir ki, sizin qayğılarınız da artıb. Siz təkcə antisemitizmin əsrlər boyu davam edən formaları ilə deyil, “antisionizm” adı altında özünü göstərən yeni hallarla da ilə mübarizə aparacağınızı bəyan etmisiniz.

Sizlərin bu məsələdə cəsarətli mövqeyinizi görərək, mən yəhudilərə qarşı bu günə qədər layiqincə incələnməyən digər nifrət növlərinə diqqətinizi çəkmək istərdim. Şavaut bayramı öncəsində erməni kilsəsinin 60 tələbəsinin Qüdsün Əski şəhər bölgəsində yəhudiləri linç etmək istəməsi bu gün erməni antisemitizmi haqqında danışmağa əsas verir.

Siz anti-diffamasiya liqasının (ADL) 100 ölkədə keçirdiyi antisemitizmlə bağlı sorğunun nəticəsində Ermənistanın 58%-lə Yaxın və Şimali Afrika istisna olmaqla, 3-cı sıranı tutduğunu bilirsinizmi?

Ermənilərin əksəriyyəti bir sıra iyrənc antisemit sui-qəsd nəzəriyyələrinin “təxminən doğru olduğuna” inanırlar. Bunun içində yəhudilərin iş dünyasında (72%) və maliyyə bazarlarında (68%) hakim mövqedə durması, yəhudilərin yaşadıqları ölkədən daha çox İsrailə bağlı olmaları (68%), qlobal məsələlərdə əsas mövqe tutmaları (51%) və ABŞ hökumətinə tam nəzarət etmələri (51%) kimi təsəvvürləri qeyd etmək olar. ADL sorğusu ermənilərin hətta iranlılardan daha çox (58%) antisemit olduğunu üzə çıxarıb. Gəlin, bu barədə bir saniyə də olsa düşünək.

Bundan başqa “Pew Research Center” mərkəzinin araşdırması ermənilərin 32%-nin yəhudiləri vətəndaş olaraq görmədiyini nümayiş etdirib.

Antisemitizm dəqiq və aydın ifadə olunduğu zaman olduqca təhlükəlidir. Lakin onun kölgədə olması daha ölümcül xarakter daşıyır.

Məsələn, bu yaxınlarda erməni əsilli amerikalı jurnalist David Boyacıyanın “Foreign Policy Journal” jurnalında çıxan “Riyakar yəhudi təşkilatları və erməni soyqırımı” adlı məqaləsini götürək.

Müəllif Amerika Yəhudi Komitəsini və onun baş direktoru Devid Harrisi müsəlman ölkələri içində İsraillə münasibətlərdə pioner rolunu oynayan Azərbaycandan “Xalqlar dostluğu” medalını aldığı üçün hədəfə götürüb.

D.Boyacıyan “dünyadakı bir çox yəhudi əsilli yazarın ermənilərə və erməni əsilli amerikalılara böhtan atdığını”, çünki “İsrailin Ermənistanın düşməni Azərbaycandan neft aldığını və milyardlarla silah satdığını” dilə gətirir. Siz D.Boyacıyanın yazısındakı sətir aralarına fikir verməlisiniz, cənab Karr. Müəllif Azərbaycan-İsrail münasibətlərinin Ermənistan haqqında mətbuatda yazılanlara da nəzarət etdiyi iftirasını irəli sürür.

Tamamilə aydındır ki, D.Boyacıyan Nümayəndələr palatasının üzvü İlhan Ömərin “İsraili dəstəkləmək “Bencaminlər haqqında hər şeydir” çıxışını qınayan AIPAC, ADL, AJC, B'nai B'rith International və Konqresin bir sıra üzvlərinin mövqeyini də heçə sayaraq, onunla (İlhan Ömərlə) eyni mövqe nümayiş etdirir.

D.Boyacıyan heç bir dəlil-sübut olmadan yəhudi təşkilatlarının Türkiyə ilə əlbir olaraq, Konqresdə erməni soyqırımı (qondarma) məsələsini keçməyə qoymadığını iddia edir.

Lakin özü erməni siyasətçilərinin Holokost dövrünün faşistlərinin adlarını abidələrlə əbədiləşdirməsini, bəzilərinin isə ümumiyətlə, Holokostu tanımaq belə, istəmədiyini rahatlıqla unudur. Ermənistanın keçmiş baş naziri Hrant Baqramyan isə İsrailin erməni soyqırımını (qondarma) tanımaması halında Holokostu da qəbul etməyəcəklərini açıq şəkildə söyləyib.

Nəhayət, D.Boyacıyan Amerikada Holokostun və antisemitizmin xüsusi elçilərinin olduğunu yazır.

Bəli, o, məhz sizi nəzərdə tutur, cənab Karr.

Sizin, antisionizm və antisemitizm arasında fərqin olmaması barədə çıxışınızda Lui.D. Brandeysin məşhur sözləri yer alıb: “Günəş işığı infeksiya əleyhinə ən gözəl vasitədir".

İndi bu məsələni qaldırmaq zamanıdır. Erməni antisemitizmi haqqında məsələni sizin gündəminizə gətirib, habelə rəhbərlik etdiyiniz ofisin gücündən istifadə edib, bu nifrətin səbəblərini gün işğına çıxarmaq vaxtıdır.

Hörmətlə, Adel Nazarian.

Məqalənin orginialı ilə burada tanış ola bilərsiniz: https://www.algemeiner.com/2019/07/09/an-open-letter-to-special-envoy-el...