​Xüsusi nümayəndə: “Qorxunc hadisələr gözlənilir” – Xəbərdarlıq

Baxış sayı:
310

Suriyada ya siyasi həll yolu tapılacaq, ya da qorxunc hadisələrin şahidi olacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan Mistura deyib.
Səfir əlavə edib ki, son günlər İdlibdən bəzi siqnallar alınır: “Bu siqnalların fırtına əlaməti olmasından narahatlıq keçiririk.
Suriyada hərbi gərginliyin güclənməsi narahatçılıq üçün əsasdır. İdlibdə əməliyyat qorxunc və qanlı müharibəyə çevrilə bilər. Orda yaşayan dinc insanların təxliyyə ediləcəyi yer yoxdur”.