Xurma –“milli” meyvəmiz! – HEYDƏR OĞUZUN TAPINTISINA SÖZARDI

Baxış sayı:
6883

Almanın içində beşguşəli “sovet ulduzu”nun “gizlənməsi” sayılıb-seçilən yazarımız Heydər Oğuzun “araşdırması nəticəsində “ üzə çıxıb. Şair bu haqda öz dəyərli fikirlərini - almanı dilim-dilim deyil, üfüqi kəsməsini mediada paylaşandan sonra mən də özümü sınamaq qərarına gəldim.
Xurmanı, istər “şişburun” olsun, istərsə də “yumruburun”, üfüqi kəsəndə Azərbaycanın səkkizguşəli ulduzunun bu meyvənin içini özünə “yuva” seçdiyi bəlli olur. Nə gözəl, heç demə, almadan fərqli olaraq, xurma “ milli “ meyvə imiş.
Bəs nə əcəb bu meyvə gerbimizdə əks olunmayıb? Deputat olsam, bu “milli məsələni” qaldırmağa çalışacağam. Xurmanın toxumu səkkizguşəlidirsə, niyə, ən azı, hər il “milli xurma bayramı “ keçirməyək?
Düşünürəm ki, düşünməyə dəyər.

Məğrur Bədəlsoy