Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanıldı

Baxış sayı:
3193

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısı alınıb.
 
Muxalifət.az
DSX-ya istinadən xəbər verir ki, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xid­­­məti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kən­­di yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azər­baycan Respublikasından Rusiya Federasiyası istiqamətində döv­lət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sər­həd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.
Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çə­pə­rinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil ol­duqdan sonra sərhəd naryadı tərəfindən tutulub.
Sərhəd pozucusunun Özbəkistan vətəndaşı, 1991-ci il tə­vəl­lüdlü Tukhtasinov Tolibjon Rahman­jon oğlu olması müəyyənləşib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.