Xudat sakini 54 yaşlı kişini daşla qətlə yetirdi

Quba rayonunda qətl hadisəsi baş verib.
 
Hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
 Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.