​Xətainin ana dilində şeirləri tapıldı

Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri aşkar edib.
Muxalifet.az-ın verdiyi xəbərə görə, Xətainin Ankara Milli Kitabxanasındakı "Əlyazma" məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb.
Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.
Sözügedən məcmuədə Sultan Süleymanın bu şeirə nəzirə olaraq yazdığı cavab da əksini tapıb.