​Xəstəsinə təcavüz edən həkimə ağır cəza

Hadisə Türkiyənin Təkirdağ şəhərinin, Mərmərə bölgəsində baş verib. İddialara görə, həkim, müayinə üçün gələn qadın xəstəsinin serumuna dərman qatıb və ona təcavüz edib. T.A. adlı həkim 12 il 6 ay həbs cəzasına məhkum olub.
Məhkəməyə, haqqında 17 ilə qədər həbs cəzası istənən 46 yaşlı T.A. ilə təcavüzə uğradığı iddia edilən evli və iki uşaq anası 39 yaşlı AU-nun həyat yoldaşı da qatılıb.
Həkim özünü müdafiə edərək, təcavüz etmədiyini deyib: "Qətiliklə iddia edildiyi kimi bir cinsi hücum hərəkətim olmayıb. Dinc və xoşbəxt bir evliliyim var. Hadisənin olduğu tarixlərdə bələdiyyə başçısı olma ehtimalı gündəmdə idi. Bu iddialar səbəbi ilə bu ehtimal da reallaşmadı. Bütün bunların səbəbi də budur.
Zərər çəkmiş şəxs və yoldaşını 2 ildən daha uzun müddətdir ki, tanıyıram. Bu hadisədən əvvəlinə qədər həyat xanımın yoldaşı yaxın dostum idi. Mənim yaxın dostum olan birinin yoldaşına qarşı bu şəkildə davranmağım mümkün deyil. Bütün bunlar nəzərə alınaraq, azad edilməmi tələb edirəm".
Amma həkimin bu çıxışı da onu xilas etməyib. Hakim ona 12 il 6 ay cəza verib.