Xəstəni əməliyyatxanada unutdular

Baxış sayı:
2032

 İstanbulda bir xəstəxanadakı əməliyyatxanada cərrah əməliyyatı gözləyən xəstə unudulub. Saatlarla əməliyyatxanada saxlanılan xəstəyə daha sonra həkimlərin işinin vaxtının qurtardığı və çıxdıqları deyilib.
 
İstanbulda bir xəstəxanada böyrək əməliyyatı üçün bıçaq altına yatan 34 yaşlı Buğra Kiftir əməliyyatxanada unudulub. Saatlar sonra fərq edilən xəstə heyrət içində qalıb.
Əməliyyatda unudulan Kiftir, "Ümumiyyətlə, sarğı bezi, qayçının unudulduğu söylənilir. Məni tamamilə əməliyyatda unutdular. Həkimlərin çıxdığı və iş vaxtlarının bitdiyi deyildi. Ancaq mən 4-5 saat orada yatılı vəziyyətdə gözlədim” deyərək təpkisini dilə gətirib.
Müxalifət.az