Xəstəlikdən əziyyət çəkən Ağdaş sakini intihar edib

Baxış sayı:
4354

Ağdaş rayonunda xəstəliyinə dözə bilməyən kişi özünü öldürüb.
"Report"un məlumatına görə, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 63 yaşlı Nizami Niyazi oğlu Cavadov bu gün yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb.
Ətrafdakıların köməyi ilə yanğın söndürülərək, yaralı dərhal Ağdaş Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, N.Cavadovun həyatını xilas etmək mümkün olmayıb. Yerli sakinlərin sözlərinə görə, N.Cavadov ürək xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, bir ay öncə N.Cvadovun qardaşı da intihar edərək özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.