Xəstəlik “Faytonçu” Nazimi bu hala saldı - FOTO

"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb.
 
İfaçının çox arıqladığı diqqətdən qaçmayıb.
 Məsələ ilə bağlı Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: "Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.
 Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.