​Xəritələr dəyişəcək, istefa verən baş nazir prezident olacaq – ABŞ-ın yeni ŞƏRQ PLANI

100 savaş təyyarəsi ilə tarixinin ən böyük hava təlimlərini keçirən İsrail Livana gözlənilməz hücum etməyə hazırlaşır.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, İsrail Livan torpaqlarının 65%-ni zəbt etməyi hədəfləyir.
İsrail ordusu hava və qurudan raket hücumları ilə başlayacaq basqında Hizbullaın nəzarətində olan bölgələri ələ keçirmək niyyətindədir. Paralel olaraq, Səudiyyə Ərəbistanının dəstəklədiyi mülki qruplar şiələrin yaşadığı bölgələrə hücum edəcək və daxili çəkişmələr yaranacaq. Daxildən və xaricdən sıxışdırılan Hizbullah isə hər iki cəbhə ilə mübarizə aparmaq məcburiyyətində qalacaq.
ABŞ-ın da içində olduğu plan gerçəkləşərsə, baş nazir postundan istefa verən Səad Hariri ölkəyə prezident kimi geri qayıdacaq. İsrailin bu təlimləri ilə paralel olaraq, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri də Yəmən və Qətərdə əməliyyatlar keçirməyə hazırlaşır.
Hazırlanan planlar çərçivəsində İsrail Livana hücum edərkən, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qətərin sabitliyini pozmaq üçün addımlar atacaq. Beləliklə, körfəzdən İraq və Suriyaya uzanan xətt boyunca məzhəb qarşıdurmaları başladılacaq və bir çox ölkələrin xəritəsi dəyişiləcək. İran isə bu hücuma Bəhreyn vasitəsilə cavab verəcək. Bu ölkə Yəməndəki müxaliflərə dəstəyini artıracaq və şiələri ayağa qaldıraraq koalisiyanın hücumuna cavab verəcək.