Xristian Yunanıstanında ölülər yandırılacaq - Dinə zidd davranış

Baxış sayı:
373

Yunanıstan Pravoslav Kilsəsinin etirazlarına baxmayaraq Afinada ilk krematoriyanın açılmasına qərar verilib.
 
Baş nazir Aleksis Çipras ölülərin yandırılmasını "Ən əhəmiyyətli və lazımlı islahatlardan biri" kimi dəyərləndirib. Afinanın bələdiyyə başçısı Corc Kaminis də bu qərarı "dönüş nöqtəsi" adlandırıb.
2014-cü ildən bu yana Kaminis ölülərin yandırılması üçün krematoriyaların tətbiq olunmasına çalışır: "Dövlət öz vətəndaşlarının əsas hüquqlarına qarşı öz məsuliyyətlərini yerinə yetirməsi üçün çox vacib bir inkişafdır" deyib.
1950-ci illərdən bəri Yunanıstanın artan kənd əhalisinə paralel olaraq ölkədə boş bir məzar yeri tapma problemi var. Bu səbəblə krematoriyanın bu promlemin həllində çıxış yolu kimi görülür.
Qeyd edək ki, Yunan Pravoslav Kilsəsinin nüfuzlu şəxsləri məbədin xaricindəki cənazə mərasimlərinin Müqəddəs Kitabın prinsipləri ilə uyğun olmadığını və Yunanıstanın mərhəmətsiz olduğunu iddia edir.
Müxalifət.az