"Xristian və müstəqil Avropa istəyirik" – Macarıstanın baş naziri

Macarıstanın baş naziri Viktor Orban miqrantların Avropaya axınına münasibət bildirib.
 
Orban Macarıstan İnqilabı və Müstəqillik Savaşının 61-ci ildönümü münasibətilə paytaxt Budapeştdə təşkil edilən tədbirdə çıxış edib və səs-küyə səbəb olacaq açıqlamalarla yadda qalıb. Baş nazir çıxışında "Avropanı fərqli millətlərin yaşadığı bir qitəyə çevirmək istəyirlər. Milyonlarla miqrant Avropanı istila edib. Yalnız Mərkəzi Avropa ölkələri bu qərara qarşı çıxaraq miqrantları qəbul etməyib. Xalqların Avropa bürokratlarından hakimiyyəti alıb-almaması əsas məsələdir. Çoxmədəniyyətli insanlardan əvvəlki möhtəşəm Avropanı geri qazanıb-qazanmayacağımız müəyyənləşəcək. Təhlükəsiz, ədalətli, sivil, xristian və müstəqil Avropa istəyirik" fikirlərinin üzərində dayanıb./qaynarinfo.az