Xristian qadın hicabla bağlı sənədli filmi çəkdi, Müsəlman oldu!

Baxış sayı:
277

 ABŞ-ın nəhəng mağazalar şəbəkəsinə hicab satışı ilə məşğul olan şirkətin təsisçisi Liza Vogl necə Müsəlman olduğunu söyləyib.
 
Bir il əvvəl ABŞ-ın ən iri pərakəndə mağaza şəbəkələrindən biri ilə əməkdaşlığa gedən Liza Vogl-un şirkəti, ABŞ-ın böyük mağaza şəbəkələrində hicab satışı edən ilk mühafizəkar moda markası olub. Vogl indilərdə ABŞ-da böyük bir mühafizəkar moda markasının sahibi olsa da, Müsəlman olması və mühafizəkar dəbə yönəlməsinin hekayəsi olduqca maraqlıdır.
İştirak etdiyi fotoqraf peşəsi proqramı zamanı 2 dəqiqəlik sənədli film hazırlaması istənilən Liza Vogl, "Niyə Müsəlman qadınlar hicab taxır" məsələsinə köklənir və Müsəlman qadınlarla müsahibələr edir.
 
Bir dində axtardığım hər şeyi İslamda tapdığımı hiss etdim
 
 Sənədli filmdən Müsəlmanlığa gedən hekayəsini Vogl belə nəql edir: "Bu sənədli film mənim hicab məsələsindəki hissimi dəyişdirməklə yetmədi, eyni zamanda İslamı daha çox öyrənməyim üçün də gözlərimi açdı. Daha sonra Quran-i Kərim-i oxudum, konfransları, məruzəçiləri dinlədim, kitablar oxudum və bir çox Müsəlmanla danışdım. Və bir dində axtardığım hər şeyi İslamda tapdığımı hiss etdim. Əvvəl bütün vacib olan əməlləri yerinə yetirmək üçün hicab taxmağa başladım. Sonra 2011-ci ildə də bir məscidə getdim və Müsəlman olmaq üçün şəhadət gətirdim. Və sonra bir an belə bu qərarımdan şübhə etməmişəm. Həmin dövrdə moda fotoqrafçılığına başlamışdım və bunun dəyərlərimə uyğun olmadığı üçün mühafizəkar moda sektoruna üz tutdum. Allaha şükür, xəyal etdiyimdən daha çox qapı qarşımda açıldı".
Müxalifət.az