Xərçəngə qarşı möcüzəvi peyvənd

Baxış sayı:
7066

Kuba həkimləri xərçəng xəstəliyinə qarşı yeni peyvənd icad ediblər.
Muxalifet.az xəbər verir ki, Türkiyənin ATV telekanalının reportyoru Kuba xəstəxanasından özəl süjet təqdim edib.
Otelə bənzər xəstəxanada müalicə almış şəxslərdən biri əfsanəvi futbolçu Maradona olub. Həkimlərin sözlərinə görə, bu peyvəndin fərqi heç bir əks təsirinin olmamasıdır.
Bundan əvvəl də ağciyər xərçəngi ilə bağlı Kuba peyvəndi barədə məlumat verilmişdi. Həmin ağciyər peyvəndi ömrü 2-3 ay uzadır.
Bir çox ölkələrdən Kubaya xərçənglə mübarizə üçün gedənlər var.
Yeri gəlmişkən, dünyanın yüksək səviyyəli səhiyyələrindən biri Kubadadır.