​Xərçəngə, diabetə qarşı - Alkoqolsuz PİVƏNİN FAYDALARI

Baxış sayı:
2344

Almaniyanın Erlangen-Nürnberq universitetinin mütəxəssisləri pivənin tərkibində insan orqanizmi üçün faydalı olan iki maddə tapıblar.
Söhbət ksantoqumol və izo-alfa turşusu kimi kimyəvi birləşmələrdən gedir. Bu birləşmələr isə mayaotunun tərkibində olur.
Tədqiqat ərzində professor Klaus Hellerbrandın rəhbərliyi altında alimlər qrupu məlum edib ki, ksantoqumol maddəsi artıq çəki və düzgün qidalanmama səbəbindən yaranan qara ciyər piylənməsinin qarşısını alır.
Bündan başqa mütəxəssislər müəyyən ediblər ki, bu birləşmə qara ciyərdəki xərçəng hüceyrələrini məhv edir və insanın çəkisinin artmasının qarşısını alır. Öz növbəsində isə izo-alfa turşusu qara ciyər xoralarının qarşısını alır, yağların qlükoza və metabolizma mübadiləsinə müsbət təsir edir.
Bu maddələrin hansı mərhələdə piylənmə, diabet, xərçəngə qarşı istifadə ediləcəyini növbəti tədqiqatlar üzə çıxaraq. Amma bununla belə, pivənin tərkibində spirt olduğu üçün müsbət təsiri ancaq və ancaq spirtsiz pivə verə bilər. Eyni zamanda tərkibində mayaotu olan digər ərzaqlardan da istifadə etmək olar.