Xərac toplayan İŞİD “əmiri” tutuldu

Baxış sayı:
10864

Türkiyənin Adana şəhərində terror təşkilatı İŞİD-ın adını istifadə edərək xərac yığan, aralarında sözdə 'Türkiyə əmiri' Mahmud Ö. Də olmaqla, 13 şübhəli nəzarətə alınıb. Şübhəlilərin təşkilatın meydana gətirdiyi qorxudan faydalanıb, xərac yığdıqları ortaya çıxıb.
 
Adana Prokurorluğunun apardığı istintaq çərçivəsində, Milli Kəşfiyyat Təşkilatının (MİT) Bölgə İdarəsinin dəstəyi ilə Adana Təhlükəsizlik İdarəsinə bağlı Terrorla Mübarizə Şöbəsinin əməkdaşları terror təşkilatı İŞİD adına fəaliyyət göstərən kəslərə yönəlik əməliyyat təşkil edib.
İŞİD terror təşkilatının hərəkət və fəaliyyətlərinin ifşa edilməsinə yönəlik aparılan istintaqda, özünü sözdə 'Adana əmiri' olaraq tanıdan 'Əbu Hamza' kod adlı Mahmud Ö.-nin da aralarında olduğu 18 adam haqqında saxlanılma qərarı verilib.
Texniki və fiziki təqib nəticəsində təşkilatın liderliyini etdiyi müəyyən olunan şübhəlilərdən Mahmud Ö.-nin özünü sözdə 'İŞİD silahlı terror təşkilatının Türkiyə əmiri' olaraq tanıtdığı, şübhəlilərin terror təşkilatının meydana gətirdiyi qorxudan faydalanıb, təhdid və zordan istifadə edərək Suriya vətəndaşı olan çörəkçilərdən təşkilat adına xərac yığdıqları müəyyən olunub.
 
SÖZDƏ 'ƏMİR' TUTULDU
 
Şəhər mərkəzində təşkil edilən əməliyyatda, aralarında təşkilat lideri Mahmud Ö. ilə təşkilat adına xərac almaq üçün bir iş yerinə gedib, 3500 TL pul ilə birlikdə cinayət başında tutulan 2 təşkilat üzvünün də olduğu 13 şübhəli nəzarətə alınıb.
Şübhəlilərin qaldığı yerlərdə edilən axtarışlarda isə 2 sənədsiz ov tüfəngi, 18 dolu fişəng, 1 tapança, təşkilat adına xərac olaraq toplandığı qiymətləndirilən 9750 TL pul, çox sayda təşkilata aid kitab və sənəd ilə digital materiallar ələ keçirilib.
Haqlarında saxlanılma qərarı olan 5 fərari şübhəlilərin isə axtarışı davam edir.
Müxalifət.az