​Xorvatiyada güclü qasırğa: dağıntılar var

Baxış sayı:
2311

Xorvatiyada baş verən güclü qasırğa nəticəsində sahilətrafı regionlara ciddi ziyan dəyib.
Muxalifet.az xəbər verir ki, küləyin sürəti Mosor regionunda 156 km/saata, Splitdə isə 126 km/saata çatıb. Delnitsa şəhərinə 156 mm yağıntı yağıb.
Təbii fəlakət nəticəsində bir nəfər sörfçü itkin düşüb. Sahilboyu regionlarda elektrik enerjisi təminatında fasilələr yaranıb, ağaclar qırılıb. Şəhərlərdəki evlərdə dağıntılar var.