Xorvatiya ilə matçdan sonra... - Baş məşqçidən milli komandamızla bağlı AÇIQLAMA

Baxış sayı:
13012

“Sözsüz ki, Azərbaycanla matçda qalib gəlməliyik”.

Bunu Macarıstan milllisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla matçdan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

55 yaşlı baş məşqçi deyib ki, hələ ki, qrupdan çıxmaq şansımız qalır: “Amma növbəti iki matçın nəticəsindən çox şey asılıdır. Xüsusən də ikinci qarşılaşma. Xorvatiyaya qalib gəlmək kağız üzərində mümkünsüz görünür. Amma biz yaxşı təəssürat yaratmağa çalışırıq. Əlbəttə, özümüzün və onların kim olduqlarını bilirik".

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.