​Xocayan saxlanıldı: Qətli boynuna almadı

Baxış sayı:
2083

Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Muxalifet.az xəbər verir ki, saxlanılan şəxs Ermənistan vətəndaşı Sergey Xocayandır. O, cinayəti törətdiyini boynuna almayıb. Krasnoqorsk məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, iyunun 1-də gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib. O, axşam evə qayıdarkən qonşuluqdakı barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Belyankin düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita yerindəcə keçinib.