Xocalı soyqırımının ən fəal iştirakçısı Qarabağda ağır yaralandı

Baxış sayı:
1762

Dağlıq Qarabağda gedən döyüşlərdə “Aramo” adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan ağır yaralanıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ermənilərdən təşkil edilmiş “Aramo” adlı silahlı dəstə 1992-ci ildə Xocalıda dinc sakinlərin qəddarlıqla öldürülməsində iştirak edib.

Xocalı soyqırımı nəticəsində 63-ü yeniyetmə olmaqla 613 Xocalı sakini qətlə yetirilib, səkkiz ailə tamamilə məhv edilib.

Həmçinin, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri “Arabo” və “Aramo” hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər.

Onlar dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər əsir-girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər.