Xocalı soyqırımında iştirak edən erməni Suriyada öldürüldü

Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarına təcavüzdə iştirak edən Nubar Ozanyan Suriyada öldürülüb.
 
Suriyanın kürdlərin nəzarəti altında olan Rojava bölgəsində İŞİD-lə döyüşlərə qatılan Ozanyan ötən gün öldürülüb.
Kürd peşmərgələri onun fotosunu dərc ediblər.
Xatırladaq ki, Nubar Ozanyan 1991-1992-ci illərdə Qarabağ döyüşlərinin aktiv iştirakçısı olub. O həmçinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olunan zaman döyüşlərin iştirakçısı olub./modern.az