“XOCALI QƏTLİAMI İNSANLIĞA QARŞI CİNAYƏTDİR!”- İrəvan Türk Cümhuriyyəti Millət Şurası bəyanat yaydı

Baxış sayı:
631

Uzun illərdir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasəti yürütməkdədir. Beynəlxalq hüququn qaydalarını kobudcasına pozaraq Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri qətliamdan /soyqırımından 29 il ötür.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı terror təşkilatları keçmiş sovet ordusunun Moskvaya tabe olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhalini qətl etdilər. Bu dəhşətli faciə erməni şovinistlərinin Azərbaycan xalqına qarşı davam edən soyqırım siyasətinin daha bir dəhşətli təzahürüdür. Nəticədə milli və dini mənsubiyyətlərinə görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfər, o cümlədən 68 qadın və 26 uşağın itkin düşərək bu günədək axtarılmaqdadır. Həmçinin Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan dövlətinə 170 milyon ABŞ dolları məbləğində ziyan vurulub.
Beynəlxalq Millətlər Təşkilatı 1994-cü ilin fevral ayında Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı faciəsinə siyasi qiymət verərək, 26 fevral tarixini – “Xocalı soyqırımı günü” elan etdi. Beynəlxalq Millətlər Təşkilatının Ali Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilən sənədə görə soyqırımı – milli, irqi və ya dini zəmində müəyyən edilən əhalini, bütün milləti (xalqı) tamamən və ya qismən məhv etmək üçün, qəsdən göstərilən fəaliyyətdir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Buna istinadən Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı güvvələri və terror örgütləri tərəfindən bəhs olunan 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilən qətliamla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi, Türkiyə Cümhuriyyəti Ali Məhkəməsi, Beynəlxalq Ali Məhkəmə, Beynəlxalq Hərbi Tribunal (Haaqa Tribunalı) müvafiq qərarlar qəbul etmələri şərtdir.
Onu da qeyd edirik ki:
1) 1947 – 1948 illərdə illərdə Ermənistan ərazisindən 100 min azərbaycanlı öz doğma yurdlarından sürgün edildi;
2) 1988 – 1990 illərdə Ermənisatan ərazisindən 300 min azərbaycanlı öz dogma yurdlarından, torpağlarından sürgün edildi;
3) 1990 – 1993 illərdə erməni terror silahlı terror örgütləri tərəfindən 20 % torpağları işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və 7 rayon ərazisindən 1 (bir) milyondan çox azərbaycanlı doğma yurdlarından, torpağlarından sürgün edildi.
Azərbaycan Respubləkasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqın iradəsinə və ölkənin konstitusiyasına və beynəlxalq hüququn tələblərinə əsasən (BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunan ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi, Avropa Parlamentinin Dağlıq Qarabağla əlaqədar 23 oktyabr 2013-cü il tarixli qətnaməsi, Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar qətnamə və.s) 2020-ci il sentyabr ayının 27-də başlatdığı və 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun qələbəsilə nəticələndi.
-Xocalıda erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri qətliamı unutma!
-Xocalı qətliamı – azərbaycanlıların soyqırımı!
-Xocalıda azərbaycanlıların qətliamı, eyni zamanda insanlığa qarşı cinayətdir!
-Xocalıda erməni silahlı terror örgütləri tərəfindən azərbaycanlılara qarşı törədilən qətliam, azərbaycanlıların soyqırımı olaraq tanınsın!
Qafar Çaxmaqlı
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının Sədri