Xəlifə Əbu Bəkr zəkat verməyənlərlə nə üçün döyüşdü?

Baxış sayı:
3544

Xəlifə Əbu Bəkr siyasi hakimiyyətə qarşı hərəkət edənlərlə döyüşüb; ki, bu, müharibə cinayətidir. Qurani-Kərimə baxdıqda görürük ki, "namaz qıl(ın)", "oruc tut(un)" kimi ibadətlə əlaqədar buyuruqlar tamamilə şəxsidir.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, başqa sözlə, fərdlərə aiddir. Zəkat haqqında isə bir tərəfdən deyilir ki, zəkatı verin. Digər tərəfdən də siyasi hakimiyyəti təmsil edən həzrəti Muhəmmədə belə bir tapşırıq verilir:

"Onların mallarından zəkat (sədəqə) al! Belə et ki, onları pak edib təmizə çıxardasan (inkişaf etsinlər)." (Tövbə, 9/103)

Deməli, Quranda xüsusi olaraq vurğulanır ki, zəkat bir tərəfdən fərdi, digər bir tərəfdən də siyasi (dövləti maraqlandıran) cəhəti olan bir ibadətdir.

Tövbə surəsinin 60-cı ayəsindən də başa düşülür ki, zəkat birbaşa dövlət tərəfindən yığılır və dövlət xətti ilə 8 yerə bölünür. Bu səbəbdən zəkat digər ibadətlərdən ayrılır. Zəkat verməmək həm Allah, həm də dövlətə üsyan etmək deməkdir. Bu, cinayət hesab olunur.