Xələf Xələfov: "Bakı Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır"

Baxış sayı:
4618

Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Şurasının 39-cu sessiyasında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, artıq 30 ildir Ermənistandan olan azərbaycanlı qaçqınların və Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin əsas hüquq və azadlıqları pozulub. Bu da BMT sistemi və onun insan hüquqları üzrə mexanizmi üçün ciddi çağırışdır: “Bununla əlaqədar olaraq, Azərbaycan İnsan Hüquqları Şurasını, həmçinin onun xüsusi mexanizmlərini, insan hüquqları üzrə ali komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinin tələb etdiyi kimi, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına yönəlmiş səmərəli addımlar atmağa çağırır”.