“Əxlaqsız da sənsən, təlxək də” – Sabiq millət vəkilləri canlı efirdə bir-birini təhqir etdi - VİDEO

Baxış sayı:
6268

Türkiyədə partiya rəsmiləri Habertürk kanalının canlı efirində dalaşıb.
Canlı efirdə AKP-nin (Ədalət və İnkişaf Partiyası) üzvü keçmiş millət vəkili Şamil Tayyar ilə CHP-nin (Cümhuriyyət Xalq Partiyası) keçmiş millət vəkili Barış Yarkadaş arasında mübahisə yaranıb.
Hülya Hökeneyin moderatorluğu ilə aparılan veriliş yaşanan gərginlik səbəbilə ilk dəfə olaraq reklamlara ayrılmaq məcburiyyətində qalıb.
Barış Yarkadaşın “Hökumət terror təşkilatı ilə dolasıyı yolla da olsa eyni masaya oturub” sözləri efirdə bir anlıq gərginlik yaradıb.
Onun bu sözlərinə qəzəblənən Şamil Tayyar isə canlı efirdə bu cür cavab verib: “Bura hansı sifətlə gəldin, bilmirəm. Amma kimsə Türkiyə Cumhuriyyətilə bu tərzdə danışa bilməz. Sanki FETO və PKK ağzı ilə danışırsınız. Ölkəmizin önəmli əməliiyatlar həyata keçirdiyi bir ərəfədə bu cür təlxək kimi çıxışlar edə bilməzsiniz. Bu cür əxlaqsızlıq olmaz. Sən "Türkiyə Cümhuriyyəti PKK ilə eyni masaya oturdu" deyə bilməzsən. Mən bunu sənə dedirtmərəm”.
Bu sözlərin ardından Barış Yarkadaş da Şamil Tayyarı təhqir edib: “Ədəbini pozma. Sənə bu dediyin sözləri geri verəcəm. Belə bir tərbiyəsiz üslub ola bilməz. Əxlaqsız da sənsən, təlxək də”.//musavat